Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin üzvləri yaşadıqları ünvanlarda ziyarət edilmişdir

21 sentyabr 2025 | 10:46
Şəhid ailələrinin üzvləri yaşadıqları ünvanlarda ziyarət edilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda Şəhidlik zirvəsinə ucalmış şəxslərin ailələrini yaşadıqları ünvanlarda ziyarət edərək, onlarla söhbət aparmışlar. Ziyarət zamanı şəhid ailələrinin üzvləri diqqətlə dinlənilmiş, onların səsləndirdikləri məsələlər həll olunması istiqamətində müvafiq işlərin görülməsi məqsədilə qeydiyyata alınmışdır.
Keçidlər