Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ziyarət edildi

03 iyun 2022 | 17:08
Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən şəhid ailələrinin evlərinin ziyarəti davam etdirilir. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini İlqar Hüseynov və Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev Səmədabad kəndində Şəhid Polkovnik-Leytenant Məmmədov Soltan Akif oğlunun, Nərimanabad kəndində Şəhid Cabbarov Oruc Akif oğlunun, Nemətabad kəndindən olan Şəhidlər Əsgərov Sadiq Elbəyi oğlunun və Məmmədov İlham Elxan oğlunun ailələrini evlərində ziyarət edib, ruhlarına rəhmət diləyiblər. Ziyarət zamanı igid vətən oğullarının şərəfli döyüş yollarına nəzər salınıb, Ölkə Rəhbəri, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi zamanı əldə edilən qələbədə şəhidlərin göstərdikləri qəhrəmanlıqların heç zaman unudulmayacağı vurğulanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya,problemlərinin həssaslıqla dinlənilməsinə, qarşılaşdıqları problemlərin həlli istiqamətində atılan addımlara görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər