Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilərin ziyarəti davam etdirilir

17 iyul 2022 | 11:59

Şəhid ailələri və qazilərin ziyarəti davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş, eləcə də yaralanmış əsgər və zabitlərin ailələrinə daim qayğı göstərilir, mütəmadi olaraq evlərində ziyarət edilir, problemləri dinlənilir.

Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev şəhid ailələrini və qaziləri evlərində ziyarət edərək, onların problemlərini dinləyir, qaldırdıqları məsələlərin həlli istiqamətində əməli işlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verir. Şəhər Rəhbəri tərəfindən həmçinin bu kateqoriyadan olan insanlar növbəsiz qəbul edilir, qaldırdıqları məsələlər aidiyyatı təşkilatların məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılır.

Bundan başqa Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları da mütəmadi olaraq şəhid ailələrini, qaziləri ünvanlarında ziyarət edərək, dinləyir,onları narahat edən məsələləri qeydiyyata alaraq müvafiq qurumlara çatdırırlar.

Növbəti ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Vidadi Murtuzayev, İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi Məhəmməd Quliyev, Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Amil Musayev Vətən Müharibəsi Şəhidi Səfərov Nicat Vaqib oğlunun, Vətən Müharibəsinin Qaramanlı kəndindən olan Şəhidi Quliyev Fəhmin Yunis oğlunun , Vətən Müharibəsinin Cırdaxan kəndindən olan Şəhidi Əliyev Qara Kamal oğlunun, Vətən Müharibəsinin Varvara kəndindən olan Şəhidi Cəmilli Xəqani Mənsur oğlunun ailələri ilə , həmçinin Kövər kəndindən olan Vətən Müharibəsi qazisi Hüseynov Şəhriyar Müşfiq oğlu ilə evlərində görüşmüşlər.

Şəhid ailələri və Qazilərlə görüşlərdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, Zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb.

Şəhid ailələri və qazinin problemləri dinlənilib və tez bir zamanda həlli istiqamətində lazımi tədbirlərin görülməsi üçün müraciətlər qeydə alınıb.

Vətən Müharibəsi Şəhidi Quliyev Fəhmin Yunis oğlu Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonu Qaramanlı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına görə “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Vətən Müharibəsi Şəhidi Səfərov Nicat Vaqib oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına görə “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

 Vətən Müharibəsi Şəhidi Cəmilli Xəqani Mənsur oğlu Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayon Varvara kənd qəbiristanlığında dəfn edilib.  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına görə “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Vətən Müharibəsi Şəhidi Əliyev Qara Kamal oğlu Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayon Cırdaxan kənd qəbiristanlığında dəfn edilib.  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına görə “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vətən Müharibəsi Qazisi Hüseynov Şəhriyar Müşfiq oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb, Vətən Müharibəsinin 3-cü qrup əlilidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına görə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Görüşlərdə Şəhidlərin ailələri və Vətən uğrunda sağlamlığını itirmiş qazilər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər