Şəhid ailələri və qazi ziyarət edilib
Şəhid ailələri və qazi ziyarət edilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə daim diqqət, qayğı göstərilir, mütəmadi olaraq ziyarət edilir, problemləri dinlənilir, onları narahat edən məsələlər qeydiyyata alınaraq həlli istiqamətində əməli işlərin görülməsi üçün müvafiq qurumlara çatdırılır.
Növbəti belə ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının məsul işçiləri; Başçının müavini İlqar Hüseynov, Şöbə müdiri Xaliq Əliyev, Şöbə müdirinin müavini Allahverdi Quliyev, Sektor müdiri Cavid Şirinov şəhid Gülövşə kəndində Şəhid Cəfərov Anar Müstəqim oğlunun, Əcəmi kəndində Şəhid Nağıyev Nicat Azad oğlunun ailələrini evlərində ziyarət etmiş, həmçinin Malbinəsi kəndində Qazi Həsənov Rövşən Cəbrayıl oğlu ilə görüşmüşlər.
Görüşlərdə Şəhid ailələrinin və qazinin problemləri dinlənilib və tez bir zamanda həlli istiqamətində lazımi tədbirlərin görülməsi üçün müraciətlər qeydə alınıb.
Görüşlərdə Şəhidlərin ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş qazilərə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edilib.