Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri evlərində ziyarət edildi

02 iyun 2022 | 20:01

Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının şəhid ailələrinin ziyarət edilməsi davam etdirilir. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Anar Hüseynov, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi Məhəmməd Quliyev Xanabad kəndində Şəhid Rəsulov Xəzər Mayıl oğlunun, Aşağı Bucaq kəndindən olan Şəhidlər Kərimov Cavid Mərdan oğlunun, Rəsulov Nəriman Fəzaim oğlunun ailələrini evlərində ziyarət edib, ruhlarına rəhmət diləyiblər. Ziyarət zamanı şəhidlərin döyüş yollarına nəzər salınıb, Ölkə Rəhbəri, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi zamanı əldə edilən qələbədə onların göstərdikləri qəhrəmanlıqlarının heç zaman unudulmayacağı vurğulanıb.
Hər bir şəhid ailəsinin üzvü diqqətlə dinlənilib onların qarşılaşdığı problem, yaxud müraciətlər həlli üçün müvafiq tədbirlərin görülməsi yaxud da aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğı üçün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər