Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlaxda növbəti ağacəkmə aksiyası keçirilib

09 mart 2026 | 12:45
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlaxda növbəti ağacəkmə aksiyası keçirilib
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Ölkəmizdə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan olunmuşdur.
Bununla əlaqədar olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən 285-ci km-də, yolun kənarında ağacəkmə aksiyası keçirilib. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiyada yerli iqlimə uyğun 1000 ədəd müxtəlif növ ağaclar əkilib, yeni əkilən tinglər suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlaxda yeni yaşıllıqların salınması, mövcud yaşıllıq sahələrinə qulluq göstərilməsi və bu sahədə digər işlərin davam etdirilməsi nəzərdə tutulub.
Keçidlər