Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin yeni salınmış 32-ci məhəllə adlanan ərazisindəki küçələrdə cari təmir işləri həyata keçirilib

12 sentyabr 2023 | 14:09
Yevlax şəhərində sakinlərin rahatlığını təmin etmək üçün küçələrdə, prospektlərdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Görülən işlərin davamı olaraq şəhər ərazisində yeni salınmış 32-ci məhəllə adlanan yaşayış massivində yararsız halda olan torpaq küçələrə asfalt qırıntısı və doğranmış daş tökülərək cari təmir işləri görülmüşdür.
Həmçinin bildiririk ki, qeyd edilən yaşayış massivində işıq və qaz xətləri olmadığı üçün sakinlər bu problemlərin həll edilməsi ilə bağlı dəfələrlə Şəhər İcra Hakimiyyətinə şifahi və yazılı müraciətlər etmişlər. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən məsələnin həll edilməsinə köməklik göstərilməsi üçün aidiyyəti qurumlara rəsmi məktublar ünvanlanmışdır.
Keçidlər