Şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
04 avqust 2026 | 12:27
Şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 noyabr 2019-cu il tarixli “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir.Hazırda layihə çərçivəsində şəhərin küçə və prospektlərində genişmiqyaslı qazıntı, tikinti-quraşdırma işləri həyata keçirilir.
Görülən işlərin həcmi və əhatə dairəsi nəzərə alınaraq bəzi ərazilərdə yol hərəkətinin təşkili müvəqqəti olaraq dəyişdirilir, nəqliyyat vasitələrinin və piyadaların hərəkətində müəyyən məhdudiyyətlər yaranır. Bununla əlaqədar olaraq sakinlər gündəlik gediş-gəliş zamanı müəyyən narahatlıqlarla və çətinliklərlə üzləşə bilirlər. Bildiririk ki, yaranan narahatlıqlar müvəqqəti xarakter daşıyır və həyata keçirilən işlər şəhərin gələcək inkişafı, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qazıntı aparılmış küçə və prospektlərdə yol örtüyünün və digər infrastruktur elementlərinin bərpası mərhələli şəkildə həyata keçiriləcəkdir.






