Şəhərin Q.Əşrəfbəy küçəsində abadlıq quruculuq işlərinə başlanılıb
17 yanvar 2024 | 16:48
Şəhərin Q.Əşrəfbəy küçəsində abadlıq quruculuq işlərinə başlanılıb
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin keçirdiyi vətəndaş qəbullarında sakinlərin müxtəlif məzmunlu müraciətlərinin həll edilməsi üçün müvafiq tədbirlər görülür.
Keçirilən qəbulların birində şəhərin Qarxunlu Əşrəfbəy küçəsinin sakinləri müraciət edərək həyətlərinin abadlaşdırılmasını, yaşadıqları binaların uzun illərdir ki, mövcud olan kanalizasiya probleminin həllini, eləcə də binaların fasadının təmir olunmasını xahiş etmişlər. Vətəndaşların müraciətləri nəzərə alınaraq Şəhər İcra Hakimiyyəti tərəfindən Q.Əşrəfbəy küçəsində abadlıq quruculuq işlərinin həyata keçirilməsinə başlanılmışdır. Artıq küçəyə yeni asfalt örtüyü salınmış,bardürlər düzülmüş, binaların uzun illərdir təmirsiz vəziyyətdə olan kanalizasiya xətləri əsaslı şəkildə təmir olunmuşdur. Təmir-quruculuq işləri çərçivəsində hazırda ərazidəki çoxmənzilli ictimai yaşayış binalarının fasadlarında təmir işləri həyata keçirilir.
Sakinlər aparılan abadlıq işlərini məmnunluqla qarşılayırlar.