Şəhərin Pişəvəri küçəsində XX əsrin əvvəllərində tikilmiş, qəzalı vəziyyətdə olan binalar sökülməyə başlamışdır.
24 dekabr 2025 | 17:25
24 dekabr 2025-ci il tarixi Yevlax şəhər sakinləri üçün daha əlamətdar olacaqdır. Belə ki, bu gün şəhərin Pişəvəri küçəsində XX əsrin əvvəllərində tikilmiş, qəzalı vəziyyətdə olan binalar sökülməyə başlamışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə şəhərdə 5 qəzalı vəziyyətdə olan 2 mərtəbəli çoxmənzilli yaşayış binaları sökülərək əvəzində həmin binalarda yaşayan 81 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 3 yeni, müasir çoxmənzilli yaşayış binaları tikiləcəkdir.
Yevlax şəhər sakinləri onların illərdir davam edən mənzil problemlərinin həll edilməsinə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz sonsuz sevgilərini və minnətdarlıqlarını ifadə edirlər.






