Şəhərin növbəti küçəsi təmir olunub
21 oktyabr 2026 | 19:05
Şəhərin növbəti küçəsi təmir olunub
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə küçələrin abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması sahəsində işlər növbəli şəkildə davam etdirilir.
Həyata keçirilən təmir işləri çərçivəsində uzunluğu 430, eni 7 metr olan şəhərin Şıxəli Qurbanov küçəsinə giriş-çıxış yolları da daxil olmaqla, ümumilikdə 3210 kvadratmetr yeni asfalt örtüyü salınıb.
Qeyd etmək istəyirik ki,Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində həyata keçirilən abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.






