Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin Heydər Əliyev prospektində yaşıllıq zolağı salınır

25 noyabr 2023 | 18:37
Şəhərin Heydər Əliyev prospektində yaşıllıq zolağı salınır
 
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılması istiqamətində işlər görülür. Həyata keçirilən abadlıq və yaşıllaşdırma işlərinin davamı olaraq şəhərin Heydər Əliyev prospektində yaşıllıqların salınmasına start verilib. Prospekt boyunca yaşıllıq zolağına yeni qazon örtüyü döşənir, dekorativ gül kolları və həmişəyaşıl dekorativ ağaclar əkilərək suvarılır. Bundan əlavə təmizlik işləri həyata keçirilir həmçinin mövcud ağaclar budanır, ərazi təmizlənərək, alaq otları vurulur. Hazırda yaşıllıqların salınması və onlara qulluq edilməsi işləri davam etdirilir.
Yaşıllıqların keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına səbəb olacaq.
Keçidlər