Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər sakinləri asudə vaxtlarını maraqlı keçirdilər

16 iyul 2022 | 23:04

Şəhər sakinləri asudə vaxtlarını maraqlı keçirdilər
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhərdəki Əyləncə parkında “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi tərəfindən sakinlərin asudə vaxtlarını mənalı keçirməsi üçün əyləncəli tədbir təşkil edilmişdir.
Tədbirdə Müəssisənin tərkibində fəaliyyət göstərən rəqs qruplarının ifasında rəqslər, gənc musiqiçilərin ifasında musiqi nömrələri səsləndirildi.
Parkdakı monitorda Azərbaycan dramaturqu Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan “Qaraca qız” kinofilmi nümayiş etdirilib.
Şəhərimizin sakinləri xüsusilə uşaqlar gözəl istirahət edərək ,tədbirdən xüsusi zövq aldılar.

Keçidlər