Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Xanabad kənd sakinləri ilə səyyar qəbul keçirdi

13 aprel 2023 | 15:14
Şəhər rəhbəri Xanabad kənd sakinləri ilə səyyar qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Xanabad kəndində sakinləri ilə keçirdi. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, xidməti təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər