Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri vətəndaşlarla növbəti səyyar qəbulu rayonun Aşağı Salamabad kəndində keçirmişdir

20 oktyabr 2022 | 14:42
Şəhər rəhbəri vətəndaşlarla növbəti səyyar qəbulu rayonun Aşağı Salamabad kəndində keçirmişdir
Qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, kənd sakinləri, yerli icra nümayəndəsi və kənd bələdiyyəsi iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı qələbədən bəhs etmiş, Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunların ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir.
Kən sakinlərinin müxtəlif mövzularda müraciətlərini dinləyən Şəhər rəhbəri bəzi müraciətlərin yerində həll olunması üçün müvafiq göstərişlər verildi. Bəzi müraciətlər isə araşdırılması yaxud aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf, sabitlik, insanların sosial rifah halının yüksəlməsi üçün həyata keçirilən uğurlu işlərə görə Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər