Şəhər rəhbəri vətəndaşları dinlədi
02 may 2023 | 14:20
Şəhər rəhbəri vətəndaşları dinlədi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edib. Vətəndaşların müxtəlif məzmunlu müraciətləri Şəhər rəhbəri tərəfindən diqqətlə dinlənilib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, bəzi müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda olan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.