Şəhər rəhbəri Vətən Müharibəsi Şəhidinin ailə üzvləri ilə görüşdü
31 may 2023 | 16:48
Şəhər rəhbəri Vətən Müharibəsi Şəhidinin ailə üzvləri ilə görüşdü
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində olduğu kimi Yevlaxda da ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş qazilərimizə diqqət və qayğı ilə yanaşılır,onlarla mütəmadi olaraq görüşlər keçirilir, görüşlərdə qaldırdırılan məsələlərin operativ həll edilməsi üçün müvafiq işlər görülür.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti ziyarət zamanı 44 günlük Vətən müharibəsində şəhid olmuş Umarov Anar Məhəmməd oğlunun ailə üzvləri ilə görüşərək, qayğıları ilə maraqlanmışdır.
Görüş zamanı Şəhidin atası Məhəmməd Umarov Şəhidlərin xatirəsinin əziz tutulmasına, ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya ailə üzvləri adından dərin minnətdarlıqlarını bildirmişdir.
Qeyd edək ki, Şəhid Anar Umarov Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.