Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Vətən Müharibəsi qazisini qəbul etdi

13 avqust 2022 | 17:43

Şəhər rəhbəri Vətən Müharibəsi qazisini qəbul etdi

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlaxda da torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərin ailələrinə,  sağlamlığını itirən qazilərə xüsusi diqqət və qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin Başçısı və Şəhər İcra Hakimiyyəti yanında yaradılmış aparatın məsul işçilərindən ibarət  qruplar tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qaziləri mütəmadi olaraq ziyarət edilir, problemləri dinlənilir, qaldırdıqları məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilir. Ziyarətlər zamanı şəhid ailələrinin  qayğıları, qazilərin səhhətləri ilə maraqlanılır.

Həmçinin bu kateqoriyadan olan ailələr İcra Hakimiyyətində növbədənkənar qəbul edilərək dinlənilir. Qeyd edilən tədbirlərin davamı olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsi Qazisi Qocalı Afiq Nazim oğlunu İcra Hakimiyyətinin qəbul otağında növbədənkənar qəbul etdi. Qəbul zamanı qazi yaşadığı Cırdaxan kənddə əkin təyinatlı torpaq sahəsi ilə təmin edilməsini xahiş etdi. İcra Başçısı tərəfindən məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün Cırdaxan bələdiyyəsinə tövsiyyələr verildi.Qaziyə Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən xatirə hədiyyəsi təqdim olundu.

Qəbuldan razı qalan Afiq Qocalı Vətənimizin azadlığı,ərazi bütövlüyümüz uğrunda sağlamlığından keçən insanlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi.

Keçidlər