Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Vətən Müharibəsi qazisini dinlədi

24 avqust 2022 | 16:42
Şəhər rəhbəri Vətən Müharibəsi qazisini dinlədi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 44 gün davam edən Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin ailələrinə və qazilərə Yevlax rayonunda da xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəhər rəhbərliyi Şəhid ailələrinə qayğı göstərməyi gündəlik vəzifəsi bilir, hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşır, onları mütəmadi olaraq növbədənkənar qəbul edir, problemlərini dinləyir, həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verir. Şəhər İcra Hakimiyyətində yaradılan qruplar şəhid ailələri və qazilərin sosial problemləri ilə bağlı onlarla müntəzəm əlaqə saxlayır, evlərində görüşür.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qazi Əzizov Ceyhun Nəsimi oğlunu növbədənkənar qəbul edib. Qəbul zamanı Şəhər rəhbəri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib, qazinin ailə-məişət qayğıları ilə maraqlanıb, Ceyhunun timsalında bütün qazilərin daim diqqətdə saxlanıldıqlarını qeyd edib.Qazinin qaldırdığı məsələlərin həlli üçün əməli işlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Qazi Ceyhun Əzizov qazilərə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirərək, bütün bunlara görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq edib.
Qazimiz Ceyhun Əzizov Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Keçidlər