Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Varvara kəndində şəhid ailəsini ziyarət etdi

03 sentyabr 2022 | 14:14

Şəhər rəhbəri Varvara kəndində şəhid ailəsini ziyarət etdi

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlaxda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda 44 günlük Vətən Müharibəsi zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə, sağlamlığını itirmiş qazilərə diqqət və qayğı göstərilir. Diqqət və qayğının nümunəsi kimi Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı və Şəhər İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən mütəmadi olaraq Şəhidlərin ailələri ziyarət edilir, növbədənkənar qəbul edilir, problemləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində operativ işlərin görülməsi üçün müvafiq addımlar atılır. 

Növbəti ziyarət zamanı Şəhər İcra  Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsində şəhid olmuş, rayonun Varvara kəndindən olan Cəmilli Xəqani Mənsur oğlunun ailəsi ilə yaşadıqları evdə görüşdü. Görüşdə Şəhidimizin əziz xatirəsi ehtiramla anıldı, ailənin sosial qayğılarının həlli ilə bağlı müzakirələr aparıldı.

Şəhidimizin anası Məmmədova Gülnarə Məcid qızı şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən əsaslı işlərə, göstərilən yüksək diqqət, qayğıya görə Ölkə Rəhbəri Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Cəmilli Xəqani Mənsur oğlu Vətən Müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər