Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Varvara kəndində şəhid ailələrini ziyarət etmişdir

02 dekabr 2023 | 14:14
Şəhər rəhbəri Varvara kəndində şəhid ailələrini ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Varvara kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Cəmilli Xəqani Mənsur oğlunun və 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş leytenant Ədilzadə Ədil Rövşən oğlunun ailələrinə baş çəkib. Görüşdə İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da daim əziz tutulur.
Şəhər rəhbəri şəhid ailələrinin qayğı və problemlərin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış, mövcud problemlər müzakirə olunmuşdur.
Şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər