Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri tərəfindən vətəndaşların növbəti fərdi qəbulu keçirilib

28 noyabr 2023 | 18:41
Şəhər rəhbəri tərəfindən vətəndaşların növbəti fərdi qəbulu keçirilib
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri mütəmadi olaraq əhali ilə sıx ünsiyyət qurur, sakinlər fərdi şəkildə qəbul edilir,səyyar qəbullar keçirilir, vətəndaşların qayğıları öyrənilir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbul zamanı Şəhər rəhbəri vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləmiş və onların qaldırdıqları məsələlərin öyrənilməsi və qanunvericiliyə uyğun qaydada həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Vətəndaşlar fərdi qaydada qəbul olunmalarından məmnunluq hiss etdiklərini və ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər