Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri tərəfindən Salahlı kəndində keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi

07 mart 2024 | 13:22
Şəhər rəhbəri tərəfindən Salahlı kəndində keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə hər həftə rayonun ayrı-ayrı yaşayış məntəqələrində təsdiq olunmuş qrafik üzrə səyyar qəbul keçirir. Şəhər rəhbərinin növbəti səyyar qəbulu Salahlı kəndində keçirildi.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin müxtəlif mövzularla əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd etmək istəyirik ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən həm səyyar qəbullarda həm də ŞİH-nin inzibati binasında davamlı olaraq sakinlərlə görüşlər keçirilir, belə görüşlərdə müxtəlif məsələlərlə bağlı müraciətlərin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görülür.
Keçidlər