Şəhər rəhbəri tərəfindən növbəti vətəndaş qəbulu keçirildi
25 iyul 2023 | 17:57
Şəhər rəhbəri tərəfindən növbəti vətəndaş qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İH-nin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirdi.
Şəhər rəhbəri qəbula yazılan rayon sakinlərini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verdi. Vətəndaşlar əsasən məşğulluğun təmin edilməsi, torpaq məsələləri, torpaqla təminat və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər etmişlər.
Qaldırılan bir sıra məsələlər yerində həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.