Şəhər rəhbəri Şəhid Nərman Rəsulovun ailə üzvlərini ziyarət etdi
28 noyabr 2022 | 14:18
Yevlax şəhər İcra Hakimiyyətində Başçısı Anar Tağıyev Vətən Müharibəsi zamanı Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda qəhrəmancasına həlak olan Şəhid Rəsulov Nərman Fəzaim oğlunun ailə üzvlərini yaşadıqları Yevlax rayonunun Aşağı Bucaq kəndində ziyarət etmişdir.
Görüş zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirildiyini, bunun ölkə başçısı tərəfindən həyata keçirilən daxili siyasətin prioritet istiqaməti olduğunu vurğulamışdır.Həmçinin qeyd etmişdir ki, Vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canlarını qurban şəhidlərimizin ailə üzvləri, sağlamlıqlarını itirmiş qazilər daim dövlətimizin qayğısı ilə əhatə olunublar.
Şəhidin ailə üzvləri onlara daim qayğı ilə yanaşan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Şəhər rəhbəri şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.