Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Şəhid İlham Məmmədovun ailəsini ziyarət edib

17 oktyabr 2022 | 13:40
Şəhər rəhbəri Şəhid İlham Məmmədovun ailəsini ziyarət edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev şəhid ailələrinin ziyarətini davam etdirib. Növbəti görüş zamanı Şəhər rəhbəri ŞİHB aparatının məsul əməkdaşları və hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonun Nemətabad kəndindən olan Vətən Müharibəsi Şəhidi Məmmədov İlham Elxan oğlunun ailəsini ziyarət edib, Şəhidin ailə üzvləri ilə söhbət edib, onların müraciətlərini dinləyib. Görüşdə Şəhidin qəhrəmanlıqlarla dolu döyüş yoluna nəzər salınıb, göstərdiyi hünərdən, igidlikdən danışılıb.
Şəhidin ailə üzvləri övladlarının xatirəsinin daim əziz tutulduğuna və Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər