Şəhər rəhbəri Şəhid Anar Cəfərovun ailə üzvlərini qəbul etdi
12 sentyabr 2022 | 16:52
Şəhər rəhbəri Şəhid Anar Cəfərovun ailə üzvlərini qəbul etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhid Cəfərov Anar Müstəqim oğlunun ailə üzvlərini yaranmış zərurətlə əlaqədar növbədənkənar qəbul edib.
Qəbul zamanı Şəhər rəhbəri bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımız Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq xüsusi diqqət və qayğı ilə əhatə olunurlar.
Şəhər rəhbəri Şəhidin ailəsini dinlədi, onları narahat edən məsələlərin həlli istiqamətində köməklik göstərilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlığını bildirdi.