Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri şəhid ailəsini ziyarət etdi

07 may 2023 | 13:35

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndərov Elvin Mətləb oğlunun ailə üzvləri ilə görüşmüşdür.

Şəhidin atası Mətləb İskəndərov ailənin sosial vəziyyəti, məşğuliyyəti və qayğıları barədə məlumat vermiş, Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Elvin İsgəndərov xatirəsinə yüksək ehtiram göstərildiyinə, həmişə yad olunduğuna görə razılığını ifadə etmişdir.

Şəhid Elvin İsgəndərov Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə döyüş əməliyyatlarında göstərdiyi igidlik və şücaətə görə “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" , "Laçının azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.

İcra başçısı müqəddəs torpaqlarımızın düşmən tapdağında azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrində mövcud olan problemlərin dərhal aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, şəhid ailələrinə göstərilən qayğı və problemlərin həlli qarşıda duran ən vacib vəzifələrdən biridir.

Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.

Keçidlər