Şəhər rəhbəri Şəhid ailələrininin ziyarətini davam etdirmişdir
Şəhər rəhbəri Şəhid ailələrininin ziyarətini davam etdirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayon ərazisində yaşayan şəhid ailələrini mütəmadi olaraq ziyarət edərək onlarla görüşür,qayğıları ilə maraqlanır Nemətabad kəndində Şəhid Adgözəlov Faiq Mehti oğlunun ailəsinə baş çəkib.
Şəhər rəhbəri şəhidin valideynləri ilə söhbət zamanı şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.
İcra başçısı ailəni narahat edən problemləri dinlədi, qaldırdığı məsələlərin qısa müddətdə həll olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermiş, məsələnin icrasını nəzarətə götürüləcəyini qeyd etmişdir.
Şəhidin atası Mehti Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrini hər zaman diqqətdə saxladıqlarına və qayğı göstərdiklərinə görə öz minnətdarlıqlarını bildirdi.