Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Rüstəmli kəndində səyyar qəbul keçirdi

17 avqust 2023 | 17:09
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafik üzrə təsdiq olunmuş növbəti səyyar qəbulu rayonun Rüstəmli kəndində keçirmişdir. Qəbulda rayonun idarə, müəssisələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Qəbul gedişində sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, müraciətlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın rifahı və tərəqqisi naminə atılan addımlara görə, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində Yevlaxda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Keçidlər