Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Rüstəmli kəndində şəhid ailəsi ilə görüşdü

03 dekabr 2022 | 11:57
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsi Şəhidi Ağayev İldırım Qafqaz oğlunun rayonun Rüstəmli kəndində yaşayan ailəsini ziyarət etmişdir. Şəhidin ailə üzvləri ilə görüşdə Şəhər rəhbəri Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını vurğuladı. Şəhər İcra Hakimiyyətinin Başçısı görüş zamanı ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq həlli istiqamətində müvafiq tapşırıqlar verdi.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Şəhid İldırım Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ailə üzvlərinin istəyi ilə anadan olduğu Rüstəmli kəndinin qəbiristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarıı ilə “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər