Şəhər rəhbəri növbəti səyyar qəbulunu keçirdi
23 noyabr 2022 | 14:25
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu şəhərin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlinin ərazisində, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış Heydər Əliyev prospekti döngə 1 bina 1, Heydər Əliyev prospekti 10, Pişəvəri küçəsi 2,3,3a ünvanındakı həyətin sakinləri ilə keçirib. Şəhər rəhbəri qəbulda sakinlərin müxtəlif mövzularda müraciətlərini dinləyib, müraciətlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı sakinlər müraciətlərlə yanaşı yaşadıqları binaların həyətinin abadlaşdırıldığı üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qəbulun gedişində sakinlərə həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin ərazidə görülən işlərlə bağlı təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilib.