Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri növbəti səyyar qəbulu Varvara kəndində keçirdi

01 sentyabr 2022 | 14:34

Şəhər rəhbəri növbəti səyyar qəbulu Varvara kəndində keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonun Varvara kənd sakinləri ilə keçirdi.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri,xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin Başçısı çıxış edərək qeyd edib ki, səyyar qəbulların əsas məqsədi yerində vətəndaşları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həlli üçün müvafiq addımlar atmaqdır.
Kənd sakinləri onları narahat edən əsas problemlər barədə danışıb, müxtəlif təkliflər irəli sürüblər. Vətəndaşlar ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciət ediblər.
İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciət və təklifləri ilə bağlı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib. Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Sakinlər qəbuldan razı qalaraq onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər