Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri növbəti səyyar qəbulu rayonun Yuxarı Bucaq kəndində keçirdi

06 oktyabr 2022 | 14:17
Şəhər rəhbəri növbəti səyyar qəbulu rayonun Yuxarı Bucaq kəndində keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğun olaraq rayonun Yuxarı Bucaq kənd sakinlərini dinləmişdir. Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisələrin, xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Sakinlərdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təminat və sair mövzularda müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə Başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Qəbulda iştirak edən sakinlər müraciətlərlə yanaşı, Respublikamızda eləcə də rayonda görülən işlərə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən idarə və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər