Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri növbəti səyyar qəbulu Dəlləklər kəndində keçirdi

11 yanvar 2024 | 21:26
Şəhər rəhbəri növbəti səyyar qəbulu Dəlləklər kəndində keçirdi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun kənd və qəsəbələrində səyyar qəbulları davam edir.Növbəti səyyar qəbul Dəlləklər kəndində keçirilmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Sakinlər ünvanlı dövlət yardımının təyin olunması, işlə təmin edilmə və digər sosial məsələlərlə bağlı müraciətlər etmişlər.
Şəhər rəhbəri tərəfindən müraciətlərlə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər