Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri növbəti qəbul keçirdi

24 oktyabr 2023 | 13:48
Şəhər rəhbəri növbəti qəbul keçirdi.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. Vətəndaş qəbulunda İcra Hakimiyyəti Başçısının müavinləri və şöbə müdirləri və qəbula yazılmış rayon sakinləri iştirak ediblər. Vətəndaş qəbulunda kənd sakinlərinin üzləşdikləri müxtəlif istiqamətli çətinlikləri və təklifləri dinlənilib, müvafiq sahələr üzrə məsul şəxslərin iştirakı ilə bu məsələlərin həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Qəbul zamanı vətəndaşların irəli sürdüyü məsələlərin bir hissəsi qəbulun gedişində öz həllini tapıb, digər məsələlərin həlli üzrə İcra Hakimiyyəti Başçısı tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər