Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib

07 mart 2023 | 13:45
Şəhər rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə vətəndaşları qəbul edib. Qəbul zamanı 20-ə yaxın vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, ev təmirinə köməklik, ünvanlı sosial yardımın təyin edilməsi, bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri Şəhər rəhbəri tərəfindən dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər