Şəhər rəhbəri növbəti dəfə vətəndaşları fərdi şəkildə qəbul etdi
30 avqust 2022 | 14:29
Şəhər rəhbəri növbəti dəfə vətəndaşları fərdi şəkildə qəbul etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə vətəndaşları fərdi şəkildə qəbul etdi. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, qaldırdıqları məsələlərin operativ şəkildə həll olunması istiqamətində müvafiq qurumlara tapşırıqlar verildi.
Qəbula gələn digər vətəndaşların müraciətləri Şəhər rəhbəri tərəfindən dinlənildi, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan müraciətlərin həlli istiqamətində yerində tapşırıqlar verildi, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı, bəzi müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar müvafiq izahat verildi.
Qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.