Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Malbinəsi kəndində şəhid ailəsini ziyarət etdi

20 may 2023 | 18:23
Şəhər rəhbəri Malbinəsi kəndində şəhid ailəsini ziyarət etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı rayonun Malbinəsi kəndində, Vətən müharibəsi şəhidi Həsənli Seymur Qələndər oğlunun ailə üzvləri ilə evində görüş keçirib. Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıb. O qeyd edib ki, ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazanıldı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.
Həmçinin qeyd etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.
Şəhid Seymur Həsənli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Görüş zamanı ailənin üzvləri dinlənildi, sual və təklifləri, müraciətləri nəzarətə alındı.
Çıxış edən şəhidin atası ailəsinə göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi.
Keçidlər