Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri İsmayılabad kəndinin sakinləri ilə görüş keçirdi

15 dekabr 2022 | 14:42
Şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyev Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İsmayılabad kəndinin sakinləri ilə səyyar görüş keçirdi.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Görüşdə çıxış edən Şəhər rəhbəri görüş iştirakçılarını salamladı və bildirdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etmək məqsədilə hər həftə rayonun ayrı ayrı yaşayış məntəqələrində belə səyyar görüşlər keçirilir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışdı.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.
Sakinlər onlara yaradılan şəraitə, problemlərinin həlli üçün görülən tədbirlərə görə Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Keçidlər