Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Hürüuşağı kəndində səyyar qəbul keçirdi

11 avqust 2022 | 13:52

Şəhər rəhbəri Hürüuşağı kəndində səyyar qəbul keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq rayonun Hürüuşağı kəndində növbəti səyyar qəbul keçirdi.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının,xidmət sahələrinin rəhbərləri, ictimai şuranın üzvləri və kənd sakinləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin Başçısı bildirib ki, səyyar qəbulların əsas məqsədi yerində vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaq üçün addımlar atmaqdır.
Kənd sakinləri onları narahat edən əsas problemlər barədə danışıb, müxtəlif təkliflər irəli sürüblər. Vətəndaşlar ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təmin olunma, maddi yardım və digər məsələlər barədə müraciət ediblər.
İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciət və təklifləri ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Araşdırma tələb edən bir sıra müraciətlər isə nəzarətə götürüldü.
Sakinlər qəbuldan razı qalaraq onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər