Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri dindarlarla görüşdü

20 aprel 2023 | 13:51
Şəhər rəhbəri dindarlarla görüşdü
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Müqəddəs Ramazan bayramı ərəfəsində Yevlax “Cümə” məscidində din xadimləri ilə görüşüb.
Görüşdə Şəhər rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. Qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin , Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkədə yeni məscidlərin tikilməsi, dini abidələrin bərpa olunması dövlətimizin dinə olan münasibətinin bariz nümunəsidir.
Görüş zamanı Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, dəyərlərimizlə bağlı olduğunu qeyd edərək bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib.
Görüş çərçivəsində həmçinin məscidin həyətinə baxış keçirilib, səliqə-səhman işlərinə nəzər salınıb, mövcud şəraitlə yaxından tanış olunub.
Görüşdə iştirak edən dindarlar onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər