Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri Aran qəsəbəsində vətəndaşların müraciətlərini dinləmişdir

09 fevral 2024 | 12:06
Şəhər rəhbəri Aran qəsəbəsində vətəndaşların müraciətlərini dinləmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Aran qəsəbəsində qəbul keçirmişdir. Qəbulda ŞİHB- ı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sakinlər işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın təyin olunması və digər məsələlər barədə müraciətlər etmişlər. Şəhər rəhbəri tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulun gedişində Yevlaxda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Keçidlər