Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirildi

26 iyul 2022 | 15:22

Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirildi.
Şəhər Rəhbəri qəbulda vətəndaşların işlə təmin olunma, ünvanlı sosial yardımın təyin edilməsi qaz çəkilişi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin oluma və digər məsələlərlə bağlı müraciətlərini dinlədi. Səsləndirilən İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verildi, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Qəbulda iştirak edən sakinlər problemlərinə həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər