Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinləmişdir

09 iyul 2024 | 14:49

Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinləmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hər həftə vətəndaşları həm fərdi şəkildə, həm də təsdiq olunan qrafik üzrə rayonun digər yaşayış massivlərində səyyar formada qəbul edərək problemlərini dinləyir, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verir.
09.07.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin Başçısı ŞİH-nin inzibati binasında növbəti dəfə fərdi şəkildə vətəndaş qəbulu keçirmişdir.
Şəhər rəhbəri tərəfindən qəbulun gedişində sakinlərin işlə və torpaqla təmin olunma, ünvanlı dövlət sosial yardımının təyin edilməsi və digər sosial–məişət problemləri ilə əlaqədar müraciətləri dinlənilmişdir. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb,digər problemlərin həllinin araşdırılması üçün müvafiq məsul şəxslərə tapşırıqlar verilmişdir.
Keçidlər