Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaş qəbulu keçirmişdir
07 yanvar 2025 | 15:33
Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaş qəbulu keçirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən fərdi vətəndaş qəbulları qrafikə uyğun olaraq davam etdirilmişdir. Belə ki, Şəhər rəhbəri 07.01.2025-ci il tarixdə vətəndaş qəbulu keçirmiş, qəbul üçün müraciət edən sakinləri fərdi şəkildə qəbul edərək onların müraciətlərini dinləmişdir.
Qəbulun gedişində səsləndirilən məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunmuş, digərləri barədə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.