Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaş qəbullarını davam etdirir
16 aprel 2024 | 14:02
Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaş qəbullarını davam etdirir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hər həftə olduğu kimi bu həftə də Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda iştirak edən sakinlərin hər biri fərdi şəkildə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.