Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən Müharibəsi qazisini qəbul etdi
Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən Müharibəsi qazisini qəbul etdi
Ölkəmizdə şəhid ailələri, qazilər və müharibə veteranları Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci Vitse Prezident hörmərli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Ölkə Rəhbərliyinin tapşırığı ilə bu kateqoriyadan olan insanlara hərtərəfli dəstəyin göstərilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib.
Yevlaxda da bu istiqamətdə işlər davam etdirilir. Bu kateqoriyadan insanlar mütəmadi ziyarət edilir, problemləri öyrənilir. Eyni zamanda Şəhər Rəhbərliyi tərəfindən növbəsiz qəbul edilərək dinlənilir, onları narahat edən məsələlərin həlli istiqamətində işlər görülür. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınır.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi qazisi Ələkbərov Seymur Eyvaz oğlunu növbədənkənar qəbul etdi. Qəbul zamanı İcra Başçısı bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısından söz açdı. Rayonda bu sahədə görülən işlər barədə məlumat verdi.
Qazinin qəbulda etdiyi bəzi müarciətlərin həlli üçün yerində tapşırıqlar verildi. Bəzi məsələlər isə həlli istiqamətində əməli işlərin görülməsi məqsədilə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Qazi Seymur Ələkbərov indiyədək qaldırdığı bir sıra məsələlərin həll edildiyini, o cümldən Şəhər İcra Hakimiyyətinə işlə təmin olunması barədə müraciəti əsasında yaşadığı Duzdaq qəsəbəsindəki ümumi orta məktəbdə işlə təmin edildiyini bildirdi. Müraciətlərinə həssaslıqla yanaşıldığına, həll edildiyinə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.