Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirildi

19 noyabr 2024 | 18:05
Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirildi
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə rayon sakinlərini qəbul edərək, onların müxtəlif məzmunlu müraciət və təkliflərini dinləmişdir.
Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerində həll olunmuş, digər müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, tövsiyələr edilmişdir.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşıldığı üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər