Şəhər İcra Hakimiyyətinin Başçısı Səmədabad kəndində səyyar qəbul keçirdi
09 aprel 2026 | 15:37
Şəhər İcra Hakimiyyətinin Başçısı Səmədabad kəndində səyyar qəbul keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Səmədabad kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri iştirak edirdilər.
Şəhər Rəhbəri tərəfindən sakinlərin səsləndirdikləri müraciətlər dinlənildi. Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan bəzi müraciətlərin həlli ilə bağlı səlahiyyətli şəxslərə yerində göstərişlər verildi. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Sakinlər onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






